top of page
  • Feminist Peace Collective

Dağlıq Qarabağdakı vəziyyətə baxış


Nagorno-Karabakh/Artsakh, 23 March 2022, photo by Irina Safaryan

Son bir neçə həftə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bizə Dağlıq Qarabağ münaqişəsinin yeni reallıqlarını təqdim edir. Dağlıq Qarabağ münaqişəsi ətrafında güc münasibətlərinin asimmetrik olması Azərbaycan tərəfinin daha çox irəliləyişləri və Ermənistan tərəfinin daha çox itkisi ilə nəticələnir. Uzun illər ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə qarşıdurmaları qırılma nöqtəsindədir. Vəziyyət həm də onu göstərir ki, Azərbaycan tərəfinin bir neçə vaxtdır iddia etdiyinin əksinə olaraq münaqişə hələ bitməyib.


Davam edən geosiyasi dəyişikliklər və Ukraynadakı müharibə şəraitinin fonunda Azərbaycan tərəfinin hazırkı məqsədinin Qarabağdakı vəziyyətə daha çox nəzarət əldə etmək və daha çox təsir rıçaqları qazamaq olduğunu güman etmək elə də çətin deyil. Bunun üçün tətbiq olunan strategiya Qarabağın erməni əhalisi arasında daha çox qorxu, zəiflik və asılılıq yaratmaqdır. Bunun dayandırılması üçün Azərbaycanın irəli sürdüyü ilkin siyasi şərt Erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması tələbidir və bu tələb 2020-ci ilin noyabr müqaviləsinin 4-cü maddəsinə istinad edilir. 4-cü maddədə Ermənistan qoşunlarının çıxarılması və Rusiya sülhməramlılarının yerləşdirilməsi göstərilir. Lakin sənədin qeyri-müəyyənliyi ondadır ki, orada Erməni silahlı qüvvələrin ətraf yeddi rayonu yoxsa Dağlıq Qarabağı da tərk etməli olduğu göstərilmir. İstənilən halda münaqişə aktorlarının öz tərəflərini müdafiə etmək üçün silahlanmaqdan çəkinməyəcəkləri aydındır. O da aydındır ki, Ukraynadakı hazırkı müharibə ilə Rusiya sülhməramlıları “sülhü” saxlamaqda getdikcə daha da az praktikdir.


İndi hər şey o yerə gəlir ki, Qarabağın erməni və azərbaycanlı əhalisinin məcbur olduqları 30 ildən artıq davam edən qarşıdurma onların çıxa bilmədiyi döngədir. Heç bir tərəfin ağrıları və iztirabları müqayisə olunacaq deyil. Bununla belə, indi Azərbaycan tərəfinin xeyrinə olan mövcud güc disbalansları ilə Dağlıq Qarabağın erməni əhalisi öz gündəlik həyatı üçün qorxu və təhlükələrlə üzləşir və buna son qoyulmalıdır. Vəziyyət belə davam edərsə, bu, bizi alovlanan revanşizmə, dərinləşmiş narazılıqlara və həll olunması mümkünsüz münaqişəyə aparacaq.


52 views
bottom of page