top of page

Müharibəyə Yox. Transmilli Sülh Siyasəti Naminə.



Bu bəyanat TRANSNATIONAL SOCIAL STRIKE PLATFORM tərəfindən yazılıb və Feminist Sülh Kollektivi tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Orijinal mətni oxumaq üçün bu linkə daxil ola bilərsiniz. Feminist Sülh Kollektivi bu bəyanata qoşulur.


Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu aramıza müharibəni saldı.


Bu həftələrdə biz, iki illik pandemiyadan sonra, həyatlarını bərpa etmək üçün mübarizə aparanların heyrət dolu baxışlarının fonunda dünya gücləri arasında gərginliyin artdığını izləyirik. Qohumlarımızın və dostlarımızın COVID-dən öldüyünü və hamımızın həyatınının hansı əziyyətlərlə dəyişdiyinigördük. Pandemiya kədərinin bitəcəyinə ümid etdiyimiz bir vaxt, başqa bir müharibə fərqli siyasət üçün bizim kollektiv mübarizəmizə təcili ehtiyac duyur.


Göründüyü kimi, ictimai diskurs bizi tərəf tutmağa məcbur edir: ya Rusiya imperializmi, ya da NATO ekspansionizmi və ABŞ-ın dominant rolu. İki milliyətçilikdən birini seçməyimizi gözləyirlər. Amma elə hər iki sistem müxtəlif vasitələrlə istismarı təşkil edir və sərhədləri ölümcül alətlərə çevirir. Təsadüfi deyil ki, sərhədlərin yenidən hərbiləşdirilməsi ilk növbədə daha yaxşı həyat axtaran miqrantlara qarşı baş verib. Həm də təsadüfi deyil ki, hazırda tərəflərin heç birinin bəyanatı insanların real həyatlarından narahat deyil.


Şərqi Avropa və həmsərhəd ölkələrdə Aİ, NATO və ya Rusiyayönlü fraksiyaların və partiyaların hamısının neoliberal islahatları həyata keçirməyə can atdıqları bu illərdə saxta müxalifətləri gördük. Rusiyanı müdafiə edənlərin, eyni zamanda iş yerlərində sosial ədalət və hüquqlara hücum etdiklərini də gördük. Biz Aİ-nin Ukrayna və Gürcüstan kimi ölkələri neoliberal planlarının qulluqçuları kimi inteqrasiyanın gözləmə zalında saxladığını gördük. Biz kişilərin və qadınların Avropa perspektivinin açıqlıq və daha yaxşı həyat olduğuna inandıqlarını gördük. Lakin bütün bu aktorların etdikləri orduları gücləndirərkən, bir yandan da neoliberal istismarçı, irqçi və patriarxal siyasətləri təbliğ etməkdən başqa bir şey deyil. İndi onlar da bu qətliamın məsuliyyətini daşıyırlar.


İndi biz Mərkəzi və Şərqi Avropa ölkələrinin “humanitar səbəblərdən” Ukraynalı qaçqınları qəbul etməyə hazır olduqlarını bəyan etdiklərini görürük. İraq, Əfqanıstan və Suriyadan olan minlərlə miqrantı Aİ-nin şərikli baxışları altında Polşa-Belarus sərhəddindəki meşələrdə donaraq tərk etdikdən sonra ABŞ müttəfiqini razı salmaq istəyən Polşa hökuməti Ukraynadan olan bir milyon qaçqını qəbul edəcəyinə söz verib. Sığınacaqdan siyasi məqsədlər üçün istifadə heç vaxt bitmir. Lakin onsuzda yüz minlərlə Ukraynalı miqrant artıq Polşada yaşayır və anbarlarda, fabriklərdə və evlərdə acınacaqlı maaşla işləyirlər. Müharibənin qarşısını almaq üçün ciddi hərəkət etmək əvəzinə Polşa hökuməti, eləcə də Aİ işçi qüvvəsi çatışmazlığını doldurmaq, qaçqınlardan və yoxsul işçilərdən qazanc əldə etmək üçün müharibəni başqa bir şansa çevirməyə hazırdır.


Biz “yaşıl keçid”in birinci cərgəsində olduqlarını iddia edənlərin sülhdən daha çox NATO-nun genişlənməsinə və gələcək Qərb sərmayələrinə üstünlük verdiklərini görürük. Biz yüksək dərəcədə çirkləndirici hərbi sərmayələri dəstəkləyənlərin öz qanlı bayramlarını qeyd etdiklərini, təkcə Ukraynadakı insanları deyil, həm də hamımızın gələcəyini təhlükə altına atdığını görürük. Müharibənin burada olması onların günahıdır.


Sanksiyalar siyasəti və iqtisadi müharibə bombardmandan daha az şiddətli olsa da pandemiya və böhran dövründə yaşamaq üçün mübarizə aparan bütün işçilərin, miqrantların, qadınların və kişilərin əksəriyyətinə təsir edəcək. Ukraynanın işğalını Rusiyada çox insan dəstəkləmir. Putinin avtokratik rejiminə müqavimətin, siyasi məhbusların və müxalifətin artdığı bir vaxtda bir çoxları Putin hökumətinin hərəkətlərinə görə məsuliyyət daşıyacaqları ehtimalına görə çaşqınlıq və xəcalət hissi ilə üzləşib. Rusiyanın işğalı Ukraynaya dağıntı gətirir, lakin müharibəni davam etdirmək üçün daha “demokratik” yol yoxdur. Gördüyümüz odur ki, çürümüş geosiyasi sistemin kökləri insanların müqaviməti ilə sarsılır və qlobal münasibətlər yenidən qurulmağa çalışılır.


Biz Ukraynada müharibənin başlanmasından əziyyət çəkən hər kəsin yanındayıq. Biz Rusiyada Putin rejiminə qarşı çıxanların hamısı ilə çiyin-çiyinəyik. Biz hər iki tərəfdən müharibəyə qarşı çıxanları dəstəkləyirik və deyirik ki, bütün hərbi və iqtisadi qarşılıqlı cavab tədbirləri dərhal dayandırılmalıdır. Bu qırğınlar və gündəlik həyatları üçün mübarizə aparan işçilərin, miqrantların, qadınların və kişilərin həyatına çökən böhran dayandırılmalıdır. Millətçilər bizi parçalayan və sıxışdıran kimlik və maraqlar adı altında öz hərəkətlərini təbliğ edərkən, demokratlar isə kapitalın hər kəsin həyatına hakim kəsilməsini dəstəkləyən boş dəyərlər adı altında daha da münaqişələri alovlandırır. Biz isə sülh naminə və bu sarsıdıcı müharibəyə qarşı bütün işçiləri, miqrantları, qadınları və kişiləri transmilli siyasətə qoşulmağa çağırırıq.




39 views

Comentários


bottom of page