top of page
Feminist Peace Collective

Seksual zorakılıq müharibəni qızışdıranların aləti olmaqda davam edir

Bu məqalənin orijinalı Isabel Ringrose tərəfindən yazılıb və Sosialist İşçi (Socialist Worker) platformasında çap olunub. Azərbaycan dilinə kollektivimiz tərəfindən tərcümə olunub.

1945-ci ildə Okinavada ABŞ tankları

Rus əsgərləri tərəfindən ukraynalı qadınların zorlanması ilə bağlı xəbərlər, müharibənin nə cür zorakılıqlara imkanlar yaratdığını göstərir. Ötən həftə Ukraynanın baş prokuroru İrina Venediktova Facebook-da rus əsgərinin silahsız mülki vətəndaşı öldürdüyünü, daha sonra isə onun həyat yoldaşına dəfələrlə təcavüz edildiyini bildirmişdi.


O qadının yaşadıqları təcavüz və işğal nəticəsində yaranan gücsüzlük və alçaldılmağın ağrıdıcı hekayəsidir. Müharibədən qaçan qadınların sərhədlərdə onları seks köləliyinə məcbur etməyi gözləyən kişilərin tələsində olmaq təhülkəsi isə hekayənin ayrı bir tərəfidir. Cinsi zorakılıq qadınlara qarşı zülmün dəhşətli simptomudur. Müharibə isə qlobal miqyasda kapitalist rəqabətinin nəticəsidir. Hər ikisi zorakı sistemin xüsusiyyətləridir.


Bu iki zorakı əlamət bir araya gələndə cinsi zorakılıq müharibədə qorxu yaymaq və qondarma “düşmən”i sındırmaq və məcbur etmək üçün bir taktika kimi istifadə olunur. Müharibəyə hazırlıq zamanı əsgərlərə qələbənin şərəfinə öldürmək, şikəst etmək və işgəncə vermək öyrədilir. “Düşmən”in insanlıqdan arındırılması işğal edilmiş ölkənin əhalisinin əmrlə vəhşicəsinə öldürülməsi deməkdir. Qadınlar üçün bu, sülh dövrü ilə müqayisədə daha az qoruna bilməyin fonunda cinsi zorakılığın artması deməkdir.


Cinsi zorakılıq və müharibə eyni sistemin bir hissəsidirlər. Sinfi cəmiyyətlərdə qadın bədəni özünə məxsus deyil. Onu passiv obyekt kimi görürlər və o cür davranırlar. Ona görə, qadınlara qarşı zorakılıq aktları çox vaxt cinsi təcavüz şəklini alır.


XX əsrin sonlarında zorlama müharibənin silahı kimi təsnif edildiyi kimi, İkinci Dünya Müharibəsi də insanlığa qarşı cinayət hesab edildi. Hələ 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı sistematik zorlamanı insan hüquqlarının pozulması, 1995-ci ildə isə müharibə cinayəti elan etdi. Zorlama və cinsi zorakılıq həm də əhalini nəzarət altına almaq, xəstəlikləri yaymaq və ya etnik təmizləmə aparmaq üçün daha geniş və əvvəlcədən hesablanmış planların bir hissəsidir.


Onsuzda cəmiyyətdə geniş yayılmış qadınlara qarşı zülm müharibə dönəmində ən şiddətli halınını alır. Ancaq Qərb bu zorakılıqdan ikiüzlü şəkildə istifadə edir. Bu hökumətlər öz həyata keçirdiklərə müharibələrə haqq qazandırmaq üçün düşmənlərini vəhşi kimi qələmə versələr də, əslində düşmənlərini ittiham etdikləri vəhşiliyi həyata keçirirlər.


Onlar özlərini qadınları qoruyan qəhrəmanlar kimi aparsalar da, çox vaxt öz cinayətlərinin əsl miqyasını ört-basdır edirlər. İkinci Dünya Müharibəsi zamanı 1945-ci ildə Yaponiyanın işğalı ərəfəsində müttəfiq əsgərlər tərəfindən və daha sonra 1952-ci ilə qədər hərbi işğal zamanı həyata keçirilən zorlama halları bunlara misaldır.


Okinava döyüşündə ABŞ dəniz donanması heç bir Yapon hərbi qüvvələri tapa bilmədiyi üçün, şəhərdəki qadınları gizləndikləri yerlərdən dartıb çıxardaraq "qadınları ovlamağa" başlamışdı. Döyüşdə qalib gələndən sonra da əlisilahlı dəniz donanmaları yerli qadınları zorlamaq üçün hər həftə kəndbəkənd gəzirdilər. Okinavada 10.000-ə yaxın qadın zorlanılıb.


1936-39-cu illərdə İspaniya vətəndaş müharibəsi zamanı da cinsi zorakılıq general Fransisko Frankonun başçılıq etdiyi sağçı qüvvələrin əsas taktikası idi. Qadınlar, xüsusilə sosialistlər və döyüşən qadınlar qəbiristanlıqlarda, xəstəxanalarda, fermalarda və həbsxanalarda təcavüzə və işgəncələrə məruz qalır və imtina etsələr, ölümlə üzləşirdilər. Vyetnam müharibəsi zamanı da Amerika əsgərləri zorlamadan istifadə edirdilər.


Hadisələrin birində, bir qrup əsgər “hərbi heyətin əhval-ruhiyyəsinə yaxşı təsir edər” iddiası ilə gənc qadını qaçırıb, zorlayıb öldürmüşdülər. 1992-1995-ci illərdə Bosniya müharibəsində 50 minə yaxın qadın zorlanıb. Əksəriyyətini isə əhalini etnik təmizləmə məqsədilə serb əsgərləri tərəfindən zorlanan müsəlman qadınlar təşkil edirdi.


Cinsi zorakılıq tarixən həm də kişi hərbi əsirlərə qarşı onları alçaltmaq və tabe etmək üçün istifadə edilmişdir. İraq müharibəsi zamanı ABŞ-ın Əbu Qreyb həbsxanasında saxlanılan oğlanlar və kişilər əsgərlər, müstəntiqlər və tərcüməçilər tərəfindən zorlanmış, işgəncələrə məruz qalmışdılar. İraqda qadın məhbuslar da çox vaxt uşaqların gözü qarşısında zorlanırdılar. Kapitalizm gəlirinin davam etməsi üçün imperialist rəqabətlər və qadınlara qarşı zorakılıq ehtiyacı yaradır. Və bu ikisi bir araya gələndə dağıntılar hər tərəfə yayılır. Hər ikisinə olan ehtiyacı aşmağın və aradan qaldırmağın yolu onların mövcudiyyətini davam etdirən sistemi məhv etməkdir.

72 views

Comments


bottom of page