Aytac Bekmemmedova
Fotoqraf
1995-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. O, 2015-ci ildə Maliyyə-İqtisad Kollecinin Statistika fakültəsini bitirmişdir. Foto-jurnalistakaya maraq göstərdiyi üçün Bakı Jurnalistika Məktəbinin 2017-ci ildə məzunu olmuşdur. Hal-hazırda fotoqrafiya üzrə fəaliyyət göstərir. Daha çox sənədli fotoqrafiya ilə məşğuldur. 2018-ci ildə FilmAct film festivalında layihə təşkilatçılığı ilə yanaşı sənədli film təqdim edərək layihə iştirakçılarından da biri olmuşdur.
Eyni zamanda sosial aktivliyə üstünlük verən Aytac Y-Peer Azərbaycanın üzvlərindən və yeni yaranmış gender resurs mərkəzində Sosial Media Meneceridir. Aytacın şəkillərindən onun gender məsələlərinə necə həssaslıqla yanaşdığını görmək mümkündür. 2020-ci ildə Tiblis fotoqrafiya muzeyində qadına qarşı məişət zorakılığı mövzusunda "My name is Hamida" adlı ilk online foto sərgisi olmuşdur. Aytacın fəaliyyətlərindən biri də hal-hazırda Azərbaycanda fəaliyyət göstərən feminist təşkilatlarından biri ilə Azərbaycanlı qadınların hekayələrini işıq üzünə çıxarmaqdır.