top of page
  • Feminist Peace Collective

Bacımın əri


Bacımın ərinin mənə cinsi təcavüz etməyindən neçə il keçdiyini (yəqin ki, 8 il) artıq bilmirəm. Hər şey görünüşümlə bağlı seksual xarakter daşıyan şərhlərlə başladı. Daha sonra, mənim 20-21 yaşım olanda seks haqqında danışmağa başladı, mənim isə bu mövzuda təcrübəm sıfır idi. Mənə cinsi həyatın nə qədər vacib olduğunu və s. deyirdi. Bunun ardınca sanki istəmədən əlimə, sinəyə, arxa tərəfə və s. Toxunmağa başladı (məsələn, maşında çox adam olanda, o mənim sinəmə toxunardı. Mən üzümü döndərib, nə baş verdiyini təxmin edə bilmirdim. Beynimdən başqa fikirlər keçəndə bunun təsadüfi olduğunu düşünürdüm. Yenə özümü qınayırdım). Bacım ilk övladını dünyaya gətirəndə gecə onların yanında qalıb, bacıma uşağa baxmağa kömək edirdim. Və əsas problem o zaman başladı - bacım yatanda, mən isə körpənin yanında olanda o, məni izləyirdi. Qapının qabağında bir az aralı dayanıb qaranlıq otaqdan mənə baxırdı. Mən dəli olduğumu düşünürdüm, onun sadəcə körpəyə baxdığına özümü inandıraraq qapıları kilidləyirdim. Bir sözlə, indi də özümü əsaslandırırmışam kimi yazıram. Əslində, isə etmirəm.


Mən sadəcə izah etmək istəyirəm ki, necə bu cür adamlar qısnamanı qısnama deyilmiş kimi təqdim etməyi bacarır və bizi illərlə bu vəziyyətdə yaşamağa məruz qoyur. Mən o vaxt dəli olduğumu düşündüyüm üçün bu hekayəni heç kimlə paylaşmamışdım. Mənim heç bir məlumatım yox idi, amma bütün bunların adını birdən çəkmək hələ də çətin gəlir. Əlimdən gələn tək şey bacımdan uzaqlaşmaq idi, daha onların evinə getməzdim. Körpəni özümlə parka aparardım, sonra isə onu evə qaytarardım, bu qədər. Anam gedib orada qalanda, mən də onunla gedərdim, amma sonra evə taksi ilə qayıdardım, gecələməzdim.

Bu hekayə təxminən 4 il əvvəl ortaya çıxdı. Tamamilə başqa bir hadisə baş vermişdi və mən bütün bunları hamilə bacıma danışmalı oldum, çünki başqaları mənə deyirdilər ki, ona deyəcəyəm, ya yox. Düşündüm ki, bu barədə ona desəm, onu qoruyacağam. Bir il mənimlə danışmadı, sonra ərini qoydu və iki azyaşlı uşağını götürüb getdi.


Bu hekayəni niyə danışıram? O, indi mənim köçdüyüm yerə yaxın yaşayır. Əvvəlcə bu mənzili almaq ən böyük səhv kimi görünürdü, lakin bu mənzili ucuz tapdığım və başqa seçimim olmadığı üçün bunu əldən verə bilməzdim - başqa variantlara imkanım çatmazdı. Mən buna məhəl qoymamağı seçdim və işə başladım. İndi bu mənzildə məskunlaşıb və məhəlləyə öyrəşdikdən sonra evdən çıxıb qayıtmağa qorxuram. Düşünürəm ki, haradasa onunla rastlaşacam və tez-tez küçədə yad adamları ona bənzədirəm.


Onunla hələ rastlaşmamışam, amma hansısa binaya daxil olanda yaxınlıqda olmadığına əmin olmaq üçün ətrafa baxıram. Burada idman zalı var və onunla orada görüşəcəyimdən qorxduğum üçün ora gedə bilmirəm. Bir dəfə mağazada mənə elə gəldi ki, o, oradadır. Yanımdakı dostum mənə dedi ki, üzüm qızarıb. Yalnız ürəyimin şiddətlə döyündüyünü xatırlayıram. Son vaxtlar bu məsələ yuxuma da girir. Dünənki yuxum sonuncu hədd idi və ondan sonra bura yazmağa qərar verdim. Sanki onu görüb qovurdum ki, boğum. Qışqırtı ilə oyandım, çox əsəbi idim.


Mən bu mənzildən köçüb heç yerə gedə bilmərəm. O, bu küçəyə paralel, o qədər də yaxın olmayan küçədə yaşayır, amma bu qorxu və təşvişlə nə edəcəyimi bilmirəm. Bu mövzuda bir psixoterapevtlə danışırdım, amma deyəsən, bir seansda deyəcəklərim tükəndi, amma başa düşürəm ki, bunun mənə çox zərəri oldu, və bundan qurtulmağım üçün illər lazım olacaq.


Üstəlik, bu əhvalat başıma gələndə, dostlarıma, yaxınlarıma danışanda hamının ağzı elə bil bağlandı. Yəqin ki, məni qorumaq istəyirdilər. Amma deyəsən bu hekayəni paylaşmaq da məni ayrıca incitdi. Bu haqda danışmağa çox ehtiyacım var idi, amma bacarmadım, indi isə müxtəlif yollarla danışa bilirəm, amma qorxuram. Burada yazmaqda əsas məqsədim yəqin ki, sadəcə bu haqda danışmaqdır.



56 views
bottom of page