Terminologiya
Feminist sülh və anti-millitarizmi anlamaq üçün, eyni zamanda gender, millitarizm və müharibə ilə əlaqəli terminləri izah etmək üçün aşağıdakı konseptualoji lüğətlə tanış ola bilərsiniz.
1.
Sülh
zorakılığın hər formasının aradan qaldırılmasına çalışan iştiraklı və qeyri-zorakı bir prosesdir. Sülh təkcə müharibənin və zorakılığın olmaması (neqativ sülh) deyil, həmçinin zorakılığı yaradan siyasi, iqtisadi və sosisal strukturun (pozitiv sülh) aradan qaldırılmasıdır.
3.
Sülhməramlılıq
Sülhməramlılığın əsas funksiyası daha çox BMT-yə üzv dövlətlərin milli qoşunlarından və ya dövlətlərarası təşkilatlardan sülhməramlı qüvvələrin təmin edilməsi vasitəsilə post-münaqişə zonalarında zorakı şəraitdən sülh şəraitinə keçidi asanlaşdırmaqdır.
5.
Sülh quruculuğu
post-münaqişə cəmiyyətində bir sıra bərpa, reyabilitasiya, ədalət, demokratiya və qarşılıqlı inam yaratma fəaliyyətlərini əhatə edən geniş və uzunmüddətli bir prosesdir.
6.
Pasifizm
Müharibəyə və zorakılığa qarşı dayanan ideoloji baxışdır. Pasifizm həmçinin ədalət və insan haqlarını əsas tutur və başqa bir insanı öldürməməyi əsas prinsip olaraq görür.
8.
Ədalətli (haqlı) müharibə
bəzi müharibələrin haqlı olduğunu iddia edən konsekvensialist baxışdır. Yəni müharibənin nəticəsində ədalətin və sülhün bərqərar olduğuna inanan yanaşmadır.
10.
Münaqişənin həlli
üçüncü tərəfin vasitəçiliyi və yardımı ilə qarşılıqlı razılaşdırılmış anlaşma əsasında neqativ sülhün əldə edilməsi prosesidir. Əvvəllər münaqişənin həlli əsasən zorakılığın dayandırılmasına yönəlsə də , hal hazırda o münaqişə sonrası barışığın əldə olunması, sülh üçün şəraitin yaradılması, ədalətin gücləndirilməsi kimi məsələləri də əhatə edir.
12.
Zorakılıq
Zorakılıq özünü, digər fərdləri, qrupları və ya fiziki və bioloji varlıqları zədələmək, təhdid etmək, onlara zərər vurmaq və ya xətər yetirmək məqsədilə qəsdən fiziki qüvvə və ya güc istifadəsidir. Johan Galtung-un piramidasına əsasən zorakılığın təməl tipləri birbaşa, struktur və mədəni zorakılıqdır.
14.
Gender əsaslı zorakılıq
Bir şəxsin və ya qrupun gender kimliyinə və ifadəsinə görə qarşılaşdığı zorakılıqdır.
16.
Bullinq
Özündən zəif gördüyü şəxsə qarşı fərdi və ya qrup şəklində psixoloji, söz, fiziki və kiber təzyiq, təhqir və alçatmaqdır.
18.
Gender bərbərliyi
İnsanlar arasında gender kimliyindən asılı olmayaraq ədalətli və bərabər hüquqlar, öhtəliklər və imkanları nəzərdə tutur.
2.
Feminist sülh
pozitiv sülhdə əsaslanaraq insanlara, bəzi qruplara və təbiətə qarşı olan təhlükəni yaradan patriarxal strukturun və onun digər mikro və makro səviyyəli dəstəkçi sistemlərinin dayandırılmasını hədəfləyən yanaşmadır.
4.
Sülhyaratma
münaqişənin siyasi səviyyədə həllinə yönəlmiş səyləri ifadə edən, danışıqlar və vasitəçilik kimii ilkin yol diplomatiyası vasitəsilə münaqişə tərəflərinin razılıq əldə etməsinə dəstək prosesidir.
6.
Qeyri-zorakılıq
aktiv və praktiki şəkildə zorakılığın bir vasitə kimi rədd edilməsi, həm prosesdə, həm də nəticədə zorakılıqdan bir metod kimi imtina etməkdir.
7.
Münaqişə
iştirakçı tərəflərin ehtiyaclarının və ya maraqlarının qarşılaşdığı zaman təhdid hiss etməsi isə xarakterizə olunan, onun idarə edilməsindən asılı olaraq ya konstruktiv, ya da destruktiv potensiala malik ola bilən fenomendir.
9.
Münaqişənin idarə olunması
münaqişənin mənfi aspektlərini azaltmağa və müsbət aspektlərini artırmağa yönəlmiş prosesdir. Münaqişənin idarə olunmasının beş strategiyası var: rəqabət, münaqişədən yayınmaq, münaqişəni uzlaşdırmaq, kompromisə getmək və əməkdaşlıq etmək.
11.
Münaqişənin həssaslığı
Münaqişələrə müdaxilənin müsbət təsirini maksimum dərəcədə artırmaq və zərərli təsirlərindən qaçmaq imkanları gücləndirmək və təşviq etməkdir. “Zərər verməmək” münaqişə həssaslığının əsas prinsiplərindən biridir və müdaxiləyə etik və şüurlu
bir yanaşma tələb edir
13.
Gender
cəmiyyətin insanların bioloji cinslərinə uyğunlaşdırılaraq konstruksiya etdiyi fərqi rolları, münasibətləri, gözləntiləri, gücü və davranışları əhatə edir. Bu atributlar siyasi, iqtisadi və mədəni imkanları müəyyənləşdirir.
15.
Seksizm
Qadınlara qarşı ayrıseçkilik və zorakılığın sturktural halıdır. Mediyada, təhsildə, iş yerində, siyasətdə, hətta geyimlərdə belə seksizm özünü göstərə bilir.
17.
Femisid
Qadınları məhz qadın olduqları üçün öldürməkdir. Bura həm gözəllik adına edilən əməliyyatlar zamanı ölmək, həm məişət zorakılığı zamanı qətl, həmçinin də namus adına edilən qətllər daxildir.
19.
Genderin ədalətli bərabərliyi
sinfi bərabərsizlik, irqi-ayrıseçkiliklər və ətraf-mühitə qarşı olan zülmlərin aradan qaldırılması ilə gender bərabərliyinə nail olmaqdır.