Talış Xalqıma Açıq Məktub: Talış haqqında danışın! Yox olmaqdan imtina edin!
- A girl from Talysh
- May 22
- 3 min read

Dünən, mayın 20-də tanınmış talış alim İqbal Əbilov qondarma ittihamlarla 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu isə onun son sözləridir*:
"Dəyərli dostlar!
Qəlbim ailəmlə, xalqımla, dostlarımla, məni dəstəkləyən hər kəslədir. Mənim qəlbim azaddır.
Burdan hər kəsə salamlarımı və minnətdarlığımı çatdırıram: geniş ürəkli valideynlərimə, yaxınlarıma, dostlarıma, bu ittihamlardan qorxmayıb, mənimlə həmfikir ola-ola və ya olmaya-olmaya məhkəmələrimə gələnlərə, müdafiəmə qalxanlara, səslərini ucaldanlara, yüksək səslə ya da ürəklərində, vicdanları önündə bu təqiblərlə razı olmayan hər kəsə təşəkkür edirəm. Xüsusi minnətdarlığımı öz mübariz və ədalətpərəst vəkillərim Fariz Namazlı və Rövşənə Rəhimovaya çatdırıram. Onlarla tanış olduğuma şadam.
Mən xoşbəxtəm və bilirəm ki, siz də mənim kimi insanların bərabərliyinə inanırsınız. Heç bir insan öz cinsiyyətinə, milliyətinə, dilinə, dininə, məzhəbinə görə heç bir hüququndan məhrum edilə bilməz.
Ötən günlərdə təcridxana dəhlizində üzü-gözü şişmiş Əhməd Məmmədlini gördüm. Burdan ona öz salamlarımı və dəstəyimi göndərirəm! Onun kimi saf, savadlı, həqiqətpərəst cavanlar dövlətin ümidi və gələcəyidirlər.
Həmişə azad və gülərüzlü olun! Elm və daxili azadlıq QULAQdan daha güclüdür!
İ.
20.05.2025
Əziz, gözəl, mehriban və cəsur Talış xalqı!
Bəlkə İqbalı tanıyırsınız, bəlkə də yox. Amma bu vacib deyil. Vacib olan budur ki, İqbal bizim ən istedadlı alimlərimizdən biridir və o, Talış xalqının tarixini və mədəniyyətini, hekayələrimizi, kimliyimizi, həqiqətimizi araşdırmağa, yazmağa və danışmağa cəsarət etdiyi üçün 18 il həbs cəzasına məhkum edilib.
İqbal Azərbaycan hakimiyyətinin dominant narrativinə qarşı çıxdığı andan hədəf olmağa başladı. O narrativ ki, bizi yalnız rəngarəng xalq geyimlərinə, xalq mahnılarına — “Ay Lolo”ya — və ekzotik yeməklərə sığdırmağa çalışır. Bizim varlığımızı yalnız şirin ənənələri olan, tarixdə əhəmiyyəti olmayan, gülümsəyən bir aksentə sahib insanlar kimi göstərmək istəyirlər. Amma biz sadəcə etnoqrafik bir bəzək deyilik.
Təəssüf ki, müəyyən qədər buna nail olublar. Özünüzdən soruşun: Talış tarixindən başqa nə bilirsiniz? Böyük babalarımızın, nənələrimizin heyran olduğu hansı intellektual şəxsləri, şairləri, yazıçıları adlandıra bilərsinizmi? Biz Azərbaycanda ancaq bir çoxumuz gizlətməyə çalışdığı “şirin aksent”imizlə xatırlanırıq; ancaq “qonaqpərvərliyimizlə” tanınan bir xalq kimi təqdim olunuruq. Biz, ancaq qarabağ müharibəsi kontextində döyüşən “cəsarətli talış xalqı” adı altında qələmə verilirik. “Qarabağ testindən” uğurla keçmiş, Azərbaycandakı 35-dən çox müxtəlif etnik qrup kimi, potensial “Qarabağda döyüşən” rolu ilə hegemon, məcburi türkləşdirmə ideologiyası çərçivəsində qəbul olunmuşuq. Və bu obrazlar bizə yorulmadan xatırladılır.
Bizə yapışdırılan bu xalq folkloru və ekzotizmi bizdən daha önəmli bir oğurlayıb. Biz kim olduğumuzu, bu gün harada dayandığımızı və gələcəyimizi özümüz formalaşdıra biləcəyimizi soruşmaq haqqından məhrum olunmuşuq. Fələstin şairi Fadva Tuqanın dili ilə desək: “Məni ölüm qorxutmur, amma yaddaşımın itirilməsindən qorxuram.”
Ona görə də bu sözləri oxuyan hər bir Talışa müraciət edirəm: adımızı — Talış olmağımızı— danışığınızda, dualarınızda, lay-laylarınızda hər gün pıçıldayın. Çünki bəzən yüksək səslə danışmaq təhlükəli ola bilər. Uşaqlarınıza ləyaqət və şərəf haqqında danışın ki, onlar Talış dəyərlərini ürəklərində daşısınlar. Sevdiklərinizlə sakit guşələrdə poeziyamızı oxuyun. Sırdaq və ləvəngi bişirərkən mahnılarımızı pıçıldayın. Çay dəmlənərkən hekayələrimizi danışın.
Bunu dəfələrlə edin. Çünki susqunluq onların istədikləri şeydir.
Ətrafımızda olan Talış gözəlliyinə - Talış dağlarına, Hirkan meşələrinə, xüsusilə payızda, dəmir ağacının yarpaqları qızıl və qırmızı rəngə dönəndə həmişə diqqət yetirin. Lənkəran akasiyasının çiçəklərinin ətrini içinizə çəkin. Onlar bizim müqəddəs, endemik ağaclarımızdır. Onu həyətinizə əkib, uşaqlarınızın yanında böyüdün. Xəzər dənizini ayaqyalın qumlarında gəzin, dalğaları sizə kim olduğumuzu xatırladacaq. Talış gözəlliyinə bacardığınız qədər diqqət edin.
Əziz yoldaşlar, hər gün Talış haqqında oxuyun, pıçıldayın və xatırlayın.
Çünki yaddaş müqavimətdir.
Yaddaş yaşamaqdır.
Gəlin İqbalın səsini belə yaşadaq.
Gəlin onların istədiyi kimi yox olmaqdan imtina edək.
*İqbal Abilovun son sözləri (talışca)
Xosa duston!
Çımı dıl de çımı xeyzoni, çımı xəlği, çımı duston, bə mı dastək bıə de har kəsiye. Çımı dıl ozode.
Çığın bə har kəsi ıştə səlomi iyən minnətdoəti rosnedəm: bə ıştə hevuj dilinə valideynon, nezərə odəmon, duston, ım ittihamonku nıtarsə, de mı həmfik be-be ya nıbe-nıbe bə çımı mıdofiyə əyştəkəsən, ıştə sədo rost kardəkəson, de im təqibon de barzə vanqi yaən ıştə dılədə, ıştə vicdoni vədə rozi nıbıə bə hərkəsi "sepas" votedəm. Xısusi "səğbi" votedəm bə ıştə mıborizə iyən ədalət pərəstə vəkilon Fariz Namazlı iyən Rovşanə Rəhimova. Şom ki, de əvon oşno bıəm.
Mı hərəbaxtim iyən zınedəm ki, şımənən bənə mı bə insonon bərəbərəti bovə kardedon. Hiç qılə inson ıştə cinsiyəti, milliyəti, zıvoni, dini, məzhəbi qornə hiç qılə həxiku məhrum be əzıni.
Davarda rujonədə çı tecridxona koridoronədə çəş-dimış pandomə Əhməd Məmmədli vindıme. Çığın bəy ıştə səlomi iyən dəstəki viğandedəm! Bənə ey sof, səvədinə, həqiqətpərəstə cıvonon çı kişvəri umun, vəomən.
Hejo ozod iyən sırədim bıbən! Elm iyən daxilinə ozodəti çı QULAQisə zumande!
İ.
20.05.2025
Comentarios