top of page

Azərbaycan neftinin İsrailə satılaraq Qəzzadakı soyqırımı mümkün emtəsini dayandırmaq üçün beynəlxalq həmrəyliyə ehtiyacımız var!

31 may 2024-cü il tarixində "Filistin İçün Bin Genç" (Fələstin üçün Min Gənc) qrupu  İstanbulda SOCAR-ın ofisinin qarşısında aksiya keçirərək binanın üzərinə qan simvolizə edən boya töküb, etiraz səslərini ucaltıdlar. Etirazçılar Türkiyə üzərindən Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsi ilə Azərbaycan neftinin İsrailə satılmasına və beləliklə birbaşa olaraq Qəzzada baş verən soyqırımı mümkün etmələrinə qarşı çıxıblar. Bugün etiraz iştirkaçılarından 16 nəfərin evinə səhər tezdən polis basqın edərək saxlanılıblar. 


Şəkil: "Filistin İçün Bin Genç" (Fələstin üçün Min Gənc)


İsrail 2021-ci ildə neftinin 65%-ni Azərbaycandan alıbbugünədək əsas neft alıcısı olaraq qalır. Bundan əlavə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına əsasən Azərbaycanın 2017-2020-ci illər ərzinə 60%-dən çox silah alışı İsraildən olub. Azərbaycan İsraildən təkcə silah deyil həmçinin siyasi aktiv vətəndaşları izləyib onlara təzyiq etmək üçün Pegasus casus proqramını da alıb. Bu qarşılıqlı enerji və hərbi təhlükəsizlik əməkdaşlığı hər iki tərəf üçün olduqca mənfəət gətirici olmaqla yanaşı, həm də apardıqları amansız müharibələri mümkün edib. Bir tərəfdən Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı başlatdığı müharibədə qələbəsini təmin edərək, müharibəyə qarşı çıxan və digər aktiv vətəndaş cəmiyyətini nəzarətdə saxlayıb sıxışdırmağa imkan verdi. Digər tərəfdən İsrailə aylarıdır Qəzzanı bombalamaq və fələstinlinlərə qarşı soyqrım həyata keçirmək üçün aktiv material dəstəyi təmin edib.  


Azərbaycan nefti və qlobal kapitalizm


Azərbaycan diktaturadır. Neft-qaz kimi təbii sərvətlər isə xalqa məxsus deyil və onun iradəsindən kənardadır. Bu sərvətlər heç Azərbaycanın elitalarının da tam nəzarətində deyil. BP kimi müstəmləkəçi qurumlar, hələ də neft istismarından bəhrəni götürən əsas qurumlardır. Məsələn, 2023-cü ildə SOCAR, İsrailin Leviafan yatağını istismar etməyə və neft-qaz axtarışlarını aparmağa lisenziya alıb. Əlbəttə ki, bu lisenziya hüququ nə dərəcədə SOCAR-a məxsus olması sual yaradır, çünki tenderdə SOCAR BP ilə birgə iştirak edib. Bu cür şübhələrin yaranmasına dəlalət edən Azərbaycanın neft-qaz sektorunun ümumi idarəedilməsidir. Azərbaycanın neft-qaz sektoru neoliberal və yeni hasilat (new extractivism) kapitalizm prinsipləri ilə idarə edilir. Yeni çıxarışçı məntiqə əsasən, qlobal kapital müstəqil dövlətlərdə bir qurumla, yəni milli dövlətlə danışmağı daha rahat və üstün hesab edir. Həmin dövlətin daxilində heç bir müxalifətin, hesablaşmalı olan parlamentin və digər qurumların olmaması isə kapital axını üçün rahat hesab edilir. Bunun nəticəsi olaraq qlobal kapital Azərbaycanda avtoritar dövlətin olmasını rahatlıqla qəbul edir. Azərbaycanın neft-qaz  sektoru 1990-cı illərdən, SOCAR, BP və digər xarici neft şirkətləri arasında Hasilatın Pay Bölgüsü Sazişinin 30 il müddətinə imzalandığı və 2017-ci ildə əsrin ortalarına qədər uzadılan müqavilələr əsasında  tamamilə neoliberal qaydalarla idarə olunur. Xarici investorlara iqtisadiyyatın bu sektoruna rahat giriş yaradılır, dövlət və bürokratiya tərəfindən heç bir maneələr törədilmir, Azərbaycan Respublikasının qanunlarından və Konstitusiyasından daha yüksək hüquqi qüvvəyə malik müqavilələr tətbiq edilir. Əlbəttə ki, bu hasilatdan sıravi Azərbaycan vətəndaşı böyük bir bəhrə görmür. Məsələn, Azərbaycan sosial göstəricilərə görə dünya ortalamasından qat-qat aşağıda yer alır. İqtisadiyyatın digər sahələri isə tamamilə yerli elitanın monopoliyasındadır.


Beynəlxalq həmrəylik üçün çağırış


Azərbaycanda vətəndaş cəmiyyətinin qalıqlarının da məhv edilməsi ilə siyasi etirazların olma ehtimalının mümkün olmadığını nəzərə alaraq, Kollektiv Qərbin isə liberal ikiüzlüyünün bariz formada açıldığı və İsrailin soyqırımını dəstəklədiyi bir dövrdə, son çağırış yerimiz beynəlxalq aktivizmdir. Hazırda ABŞ-da, Avropada, Latın Amerikasında, etiraz edən, soyqırımı dayandırmağa çalışan hər bir aktivist qrupa müraciət edirik. İsrailinin hərbi üstünlüyünü mümkün edən Azərbaycan neftidir. Bu kapitalist dəstəyi dayandırmağı aktivizminizin parçasına çevirin! Qərb institutları Azərbaycanın neftindən bəhrənələrək, avtoritar siyasətə, vətəndaş cəmiyyətinin məhvinə göz yumur və COP29 kimi tədbirləri keçirərək "Azərbaycanın üzünü ağ eləməyə kömək edir". Hal-hazırda Azərbaycanın avtoritarizmi artıq daxildəki insanları əzməkdən kənara çıxıb və qlobal zorakılığın parçasına çevrilib. Bunun qarşısını almaq ancaq beynəlxalq həmrəylik və yerdən təşkilatlnama vasitəsi ilə mümkün ola bilər!


Qəzza üçün birləşək!

49 views

Comentários


bottom of page