top of page

Erməni və Azərbaycanlı Sülh Aktivistlərindən - “Xalqların Sülh Bəyanatı”

Bəhruz Səmədov və sülh tələb edən hər kəslə həmrəylik içində!


27 İyunda Sərhədləri Aşan Həmrəylik Nümayiş olundu


27 iyun tarixində 40-dan çox insan — ermənilər, azərbaycanlılar və müxtəlif ölkələrdən olan müttəfiqlər — müharibəyə, millətçiliyə və repressiyalara qarşı çıxmaq üçün onlayn görüşdə bir araya gəldi. Bu görüş təkcə ədalətsizliyə qarşı reaksiya deyildi. Bu, müqavimətin, birliyin və qayğının ifadəsi idi.


Biz bu görüşdə, müharibəyə qarşı çıxan və sülhü müdafiə edən azərbaycanlı gənc fəal Bəhruz Səmədovla həmrəylik üçün toplandıq. O, haqsız yerə 15 il azadlıqdan məhrum edilib. Onun "cinayəti" nədir ? Millətçi müharibə maşınının bir hissəsi olmağı rədd etmək. Nifrət etməyi rədd etmək. Susmağı rədd etmək.


Tədbir bölgədə artan avtoritarizm, militarizm və millətçi təzyiqlər fonunda baş tutdu. Bizi birləşdirən sadə, lakin güclü bir inam var idi, erməni və azərbaycanlı xalqları arasında sərhədləri aşaraq aşağıdan qurulan dostluq nifrət və zorakılıq rejimindən daha güclüdür.


Amma bizi birləşdirən, qorxudan daha güclü bir şey var idi:  erməni-azərbaycanlı dostluğuna olan ortaq inam erməni və azərbaycanlı xalqları arasında sərhədləri aşaraq aşağıdan qurulan **bu həmrəylik rejimlərin yaratmaq istədiyi parçalanmanı aşa bilər.


Bir çoxumuz üçün bu görüş nadir tapılan bir məkan idi — burada etimad, kədər, qəzəb və ümid birlikdə, səmimi şəkildə dilə gətirildi. Facebook-da canlı yayıma 2.500-dən çox insan baxdı, bu isə göstərir ki, bu cür məkanlara ehtiyac marjinal bir istək deyil, əksinə, zəruri və genişmiqyaslıdır.


👉 Tədbirdə iştirak edə bilməyənlər üçün onun tam video yazısı YouTube-da mövcuddur:📺 https://youtu.be/QLILTkqY5Rw?si=re0VfUDgtsQE6ILW


Xalqlardan Sülh Bəyannaməsi


Tədbirin ən təsirli anlarından biri Xalqların Sülh Bəyannaməsinin səsləndirilməsi oldu — bu sənəd erməni və azərbaycanlı icmalardan olan fəallar, dostlar və təşkilatçılar tərəfindən birlikdə hazırlanıb.


Bu bəyannamə sadəcə sözlərdən ibarət deyil. Bu, ortaq bir imtinanı təmsil edir:


Müharibədən imtina


Millətçilik və militarizmdən imtina


Bir-birimizə qarşı sui-istifadə olunmaqdan imtina


Eyni zamanda bu sənəd qayğıya, dostluğa, yaddaşa və həqiqətə bağlılığı ifadə edir. O, sülhün başqa bir mənasını — ədalətə və qarşılıqlı tanınmaya əsaslanan bir sülh anlayışını ortaya qoyur. Susqunluğa və boyun əyməyə yox, ləyaqətli birgəliyə çağırır.


Bəyannaməni birlikdə oxuyarkən hiss etdik ki, bu sadəcə simvolik bir jest deyil. Bu, real bir birlik aktı idi — bir çoxumuza güc verən bir an idi.


📖 Xalqların Sülh Bəyannaməsinin tam mətnini bu faylı yükləməklə oxuya bilərsiniz:



✍️ Əgər bu bəyannamədəki fikirlər ilə razısınızsa, onu buradan imzalaya bilərsiniz: https://docs.google.com/forms/d/e/1FAIpQLSc1_ThGnBxJrxZuT74EjV0k1NGLZKCrr0mpS4JjaX_E8LviUw/viewform?usp=preview


Bu tədbir nə başlanğıc idi, nə də son olacaq. Bu, radikal, sərhədsiz və həmrəyliyə əsaslananaraq böyüyən bir hərəkatın bir hissəsi olacaq. Bu hərəkat uzun illər həyatımıza hakim kəsilən yalanları və zorakılığı qəbul etməyəcək.


Biz rejimlərin nədən qorxduqlarını bilirik:


Onlar dostluqdan qorxurlar.

Onlar xatırlamaqdan qorxurlar.

Onlar bir-birimizdən qorxmağı dayandırdığımız andan qorxurlar.


 
 
 

Comments


Feminist Peace Collective Est.2021

bottom of page