Bu gün Ukraynadakı insanların imperializmin növbəti hədəfi olaraq zülmə məruz qalmaqları, bu qədər məhrumiyyətlə üz-üzə dayanmaqları davamlı müharibə və münaqişə vəziyyətində yaşayan icmalardan gələn bizləri olduqca sarsıdır. Hal-hazırda davam edən müharibənin yaratdığı artan humanitar fəlakəti təsəvvür etmək belə mümkün deyil. Ukraynadakı insanların mübarizə əzmi nə qədər güclü olsa da müharibə hər ötən saatda daha çox zülm, daha çox çarəsizlik gətirir.
2020-ci ilin payızında Qarabağda müharibə gedərkən yaranan humanitar fəlakətin ortasına düşən sosial işçi Samirənin hekayəsi bizə arxa fonda baş verənləri göstərməyə çalışır. Bu hekayə Samirə və dostlarının həmin dönəm Bərdə şəhərindəki fəaliyyəti və müharibəni dayandırmaq üçün heç nə edə bilməməyin fonunda yaşanan əzablardan bəhs edir. Müharibə zamanı maksimum məhdudiyyətlərlə ərsəyə gələn bu sənədli film Samirənin dostu Sevinc Səmədzadə tərəfindən çəkilmişdir.
Comments