top of page
  • Feminist Peace Collective

Ukraynadakı müharibə: Mucho Macho

Tərcümə edilib: Feminist Sülh Kollektivi tərəfindən

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində hərbi əməliyyata başlamaq əmrindən sonra Polşa ilə Ukrayna arasındakı sərhəd keçidində uşaq dayanıb. Polşanın Medıka şəhəri, 24 fevral 2022-ci il, REUTERS/Kacper Pempel

Bilirəm ki, geosiyasət çərçivəsindən kənarda, tarixi fonun, iqtisadi maraqların və ya beynəlxalq balanslar kontekstini nəzərə almadan bu emosional partlayış səthi və infantil görünə bilər. Amma bu günlərdə özümü heç istəmədən bu qorxulu dövrlərə acılıq qatan konseptual sarımsaq kimi təkrar-təkrar ağlıma gələn düşüncədən ayıra bilmirəm. Necə maço, necə kişi olduğunu hiss edirəm. Nə qədər maçizm var, intuitsiyam deyir. Nə qədər kişi şovinizmi bizi qarşıda gözləyir, titrəyirəm.


Əvvəla toksik kişiliyin ən toksik bayrağını dalğalandıran, iqtidarı maksimum əlində saxlayan və siyasəti zorakılıq kimi həyata keçirən Putinin “məndən böyük heç kim yoxdur” ideyası ilə qarşı-qarşıyayıq. Və bu indi zahirən həyasız, gözlənilməz və özbaşına görünən gizli və aşkar təhdidlər qorxu ilə qidalanan zorakı bir kişinin modus operandi par excellence, yəni ən mükəmməl şəkildə etdiyi ona məxsus üsuldur. Və onun bir insan , ata, ər, hansısa peşə sahibi olaraq dəyərləri başqalarının iradəsi, həyatı və azadlığından daha üstün olmaq hissi ilə qidalanır.


Ancaq məsələ təkcə açıq-aşkar olan Putin deyil. Hərbi geyimdə, silahlı və möhkəm, ölkəsinə məhəbbətdən başqa heç bir emosiya nümayiş etdirməyən Ukrayna prezidenti də var. Bu hegemon kişilik arasında həmişə yüksək yer tutan, fədakarlığa layiq yeganə sevgi, əlində silah tutmaqla göstərilən sevgidir. Zelenskinin jesti beynəlxalq aləmdə yüksək qiymətləndirilib, bu, bir ölkə rəhbərinin öz xalqını qorumaq üçün edə biləcəyi yeganə və ən aydın yoldur. Hər şey unudulur, hər şey susdurulur, vətən uğrunda döyüşmək silah götürmək, arvadını öpmək, uşaqları qucaqlamaq, döyüşdə qalmaqdır, mediada hər gün gördüyümüz hekayə budur.


Qara dənizdəki kiçik bir adanı müdafiə edən, dərhal ölümləri ilə nəticələnəcəyini bilsələr belə rus ordusuna təslim olmaqdan boyun qaçıran on üç cəsur ukraynalıların videosu var. “Rus döyüş gəmisi, rədd ol!” deyirlər və bu video görən hamı bayram edir. Sosial şəbəkələrdə “necə cəsarətlidir!” deyə qışqırırlar. Hər yerdə vətənpərvər sözü görünür və bu başqalarının maraqları ilə yağlanmış maşının içində bu qədər insanın niyə və nə üçün öldürüldüyü bilinməyən tarixi başgicəllənmənin ortasındakı sərsəmlikdir.


Görəsən ona görədimi ki, uzun müddətdən sonra belə canlı yayımda, anbaan görürdüyümüz bir müharibə ilə qarşılaşmışıq. O müharibə ki, daha az ağ, daha az avropalı müharibələrdən həm ən son texnologiyalara əsaslanan silahlar baxımından həm də 20-ci əsrin estetikasına nəzərən daha imtiyazlıdır. Formalı kişiliyin, sıraya düzülən könüllülərin və döyüş abu-havası və çatılmış qaşlarla birbaşa kameraya baxan kişilərin nümayişi olan bir müharibə.


Dünən Çeçenistanın lideri Ramazan Kadırovun hər hansı bir video oyunundaymış kimi havadan çəkilişləri arasında öz qoşunlarının qarşısında dayanaraq birbaşa kameraya dimdik baxdığı video sosial şəbəkələrdə Hollivud blokbasteri ilə müqayisə edilirdi. Saqqallı əsgərlərin cərgə-cərgə hərbi düzülüşü, özgə*lərin toksik kişiyi, özgə*lərin fundamentalizmi, indi ağ fundamentalizmlə çiyin-çiyinədir .Onlar eyni zorakılıq sistemindən qidalanır və oların güclərini yeritməyi təhdid və zorakılığa əsaslanır. Sanki Seqatonun** maskulin pakt yazılarınının həyatdakı nümunələridir. (Putin) öz sadiq və itayətkar dostu Kadırovu silah və qanlarla hakimiyyətə gətirib, indi də Kadırovdan testosteron qoxan muzdlu ordusu ilə onun imperialist səlib yürüşlərinə qatılmasını tələb edir.


Polşanın müharibədən qaçan ukraynalı ailələri qarşılaması, amma qeyri-ukraynalılara və ya daha uzaq müharibələrdən qaçanlara qarşı divar hörməsi, onları qınaması və düşmən ordusu kimi dəf etməsi əslində maçizmo ilə irqçiliyin qarışmasıdır. Kişiləri heç vaxt qalib gələ bilməyəcəkləri müharibələrdən qaçmaqda günahlandıran, müqavimət göstərmək üçün qalmamaqda günahlandıran, şəhidliyi kişi üçün mandat kimi təyin edən, onların irqçiliyini patriarxat süzgəci ilə kodlaşdıran bu kişilik özgə* qadınları həmişə iradəsiz qurbanlar kimi, özgə* kişiləri isə ya təhdid və ya qorxaq olaraq təqdim edir. Bu irqçilik qaradərililəri qaçmaq və sığınmaq hüququndan məhrum edən Ukrayna vətəndaşları və polis məmurları vasitəsi ilə kimin xilas olmağa layiq olub olmadığı ideyasını yeridir.

Qarşı tərəf olaraq nəyimiz var? Üzlərində müharibə qorxusu və etiraz etmək riski olan kişilər və qadınları təqib edən, vətəndaşları ilə müharibə vəziyyətində olan Rusiyadır. Xain və fərari damğası vurulan pasifistlərlə müharibə ideologiyası hökm sürən sistem bu cür davranır. Münaqişənin hüdudlarından kənara yayılan bu müharibə ideologiyası sadəlövh və qeyri-real kimi ələ salınan “Müharibəyə yox!” deyə qışqıranlara Rusiyadan kənarda da belə münasibət göstərir.


Siyasətin qadınlaşmasına dair bu qədər sorğu-sualdan, həll yolunun (təkcə) qadınların idarə etməsində olmadığını vurğulayandan, essensialist qadınlığa qarşı xəbərdarlıq edəndən bəri bilirik ki, nə dialoqa getmək, nə də zorakılığa yox deməyin femininliklə əlaqəsi yoxdur. Amma kişilərlə birbaşa əlaqəsi olmayan, genetik olmayan, nə də düzəldilə bilməyən bu maçizmonun mövcud olan və gələcəkdə bizi gözləyən müharibələrin mərkəz vektoru olduğunu ortaya qoymaq vacibdir.


Sülh istəmək üçün qadın olmaq məcburiyyətində deyilik. Ancaq dünyadakı Putinlərin özlərini atdıqları ölüm maşının məntiqindən qadınları uzaqlaşdıran, onları gücsüzləşdirən sosial quruluş qadınları başqalarının həyatına qayğı vermək üçün böyüdür. Müharibə oynunu aparan güclərindən sərxoş olub bir gün Londonun yarısını satın alan, Aralıq dənizi sahilində yüzlərlə qadınla əhli-kef məclisi təşkil edən, o biri gün isə ölkə bombalayan, hətta varlı ağ avropalılar olan İsveçin özünə belə təhdidlər irəli sürən sərvətli oliqarxların müharibə maşizmosunu vurğulamalıyıq.


Məhz bu oliqarxik, irqçi, avtoritar və müharibə maçizminə qarşı, açıq və alternativ yolu olan militant pasifist feministlər olaraq biz şok içində müşahidə etdiyimiz zorakılıq və ölüm ssenarilərini qəbul etmirik. Bu qədər heyrət içində olmuşkən ayağa qalxmaq lazımdır. Gəlin özümüzü qorxutmayaq, onların qalib gəlməsinə imkan verməyək, əgər başlamağa layiqli döyüş varsa,bu döyüş müharibəyə, bütün müharibələrə qarşı çıxmaqdır.

--

Bu məqalə ilk dəfə El Salto Diario-da çap olunub və Sarah Babiker tərəfindən yazılıb. Azərbaycan dilinə isə kollektivimiz tərəfindən Autonomies-dən tərcümə olunub.



63 views
bottom of page